SERİAL
Aktyor 8 il azadlıqdan məhrum edildi
17-09-2020

Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar olan aktyor Mixail Yefremov 8 il azadlıqdan məhrum edilib.
Mtv.az xəbər verir ki, Presnenski məhkəməsində hakim qarşısına çıxan aktyor qəzada ölən Sergey Zaxarovun böyük oğluna 800 min rubl məbləğində təzminat da ödəyəcək.
Xatırladaq ki, M. Yefermovun vəkili azərbaycanlı Elman Paşayev olub. Paşayev məhkəmə prosesi müddətində aktyorun sükan arxasında olmaması barədə dəfələrlə vəsatət qaldırsa və şahidin olduğunu bildirsə də, məhkəmə vəkilin vəsatətini təmin etməyib.
138 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Mart
6 Mart