SERİAL
Aktrisa nişanlısından ayrıldı
06-08-2020

Aktrisa Vildan Atasever iş adamı nişanlısı Erkan Akdemirdən ayrılıb.
Mtv.az xəbər verir ki, cütlük uzun müddətdir toy hazırlığına başlamışdı. Onların fikir ayrılığına görə münasibətlərinə son qoyduqları bildirilib.
Daha əvvəl iki dəfə nikah masasına oturan Atasever yenidən eyni sonu yaşamaq istəmədiyini bildirib. "Sonda pis olmaqdansa, başlanğıcında bitsin" deyərək, Vildan toydan imtina edib.
Aktrisa həmkarı Taylan Kılıçla ilk evliliyini 2007-ci ildə bitirib. 2010-cu ildə nikah masasına oturduğu İsmail Hacıoğlundan isə 2015-ci ildə boşanıb.
212 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Yanvar
21 Yanvar