Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
SERİAL

 Fərda Xudaverdiyev serialdan ayrıldı

07-03-2019


Aktyor Fərda Xudaverdiyev oynadığı “Bacanaqlar” serialından ayrılıb.

Mtv.az xəbər verir ki, o, qonorara görə ekran işindən uzaqlaşıb: “Hazırda bir tək “Niyə?” serialında çəkilirəm. İşimiz gərgindir. Eyni zamanda paralel olaraq “Bacanaqlar” serialında çəkilirdim. Ancaq maliyyə problemləri oldu deyə, Elməddinlə razılaşıb, çıxdım. Ona dedim ki, mən də yoruluram, sən isə maliyyə baxımından yüklənirsən. O, mənə qardaş kimidir”.

F.Xudaverdiyev qeyd edib ki, başqa serial təkliflərinə “hə” deməyəcək: “Başqa serial təklifi olsa, razılaşmayacağam. Çünki “Niyə?”nin baxımlı olmasının ilkin səbəbi “Asiman” obrazının yalnız bu serialda olmasıdır. Yay aylarında mövsüm finalı edəcəyik. Ondan sonra filmə çəkiləcəyəm”.

Xatırladaq ki, Fərda sonuncu dəfə “Bacanaqlar – 10 il” serialında “Şahbaz” obrazını canlandırırdı.

901 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun


25 İyun