Xatun yaxın günlərdə efirə qayıdır
Cennifer Lopes hamını heyran etdi - foto
Zümrüd görkəmini dəyişdi - video
Nadir Qafarzadə konsertə 50 min xərcləyib

Facebook instagram Twitter Youtube
SERİAL

Aktrisa serialdan getdi

02-11-2018


"Ufak Tefek Cinayetler" serialının ötən gün yayımlanan sonuncu bölümündə gözlənilməz hadisə yaşanıb. 

Muztv.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tülin Özenin canlandırdığı Arzu ekran işindən ayrılıb. Ssenariyə əsasən Arzunun maşınına naməlum bir şəxs avtomobili ilə çırpılır və o, dərədən aşağı aşır. Hadisə Arzunun Emre Çeleni öldürməyə çalışdığı an baş verir. 

Ekran işinin rejissoru Ali Bilgin də Arzu obrazının öldüyünü bildirib. O, İnstaqram səhifəsində Tülin Özenin ekran işindən getdiyini yazıb. 

Sarmaşıkda Edipin öldürülməsinin ardından ikinci bir cinayət Arzunun ölümü ilə baş verir. Bildirilib ki, Tülin öz istəyi ilə "Ufak Tefek Cinayetler"dən ayrılıb. 

Xatırladaq ki, serialda Gökçe Bahadır, Aslıhan Gürbüz, Bade İşçil, Mert Fırat, Osman Sonant, Yıldıray Şahinler, Ushan Çakır, Ferit Aktuğ, Tansu Biçer, Duygu Sarışın və Hayal Köseoğlu rol alır. (Axşam.az) 

556 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr


12 Noyabr