PREMYERA
"Qremmi 2021"in vaxtı dəyişdirildi
12-01-2021

ABŞ Milli İncəsənət və Texnologiya Akademiyası yanvarın 31-də keçirilməsi planlaşdırılan "63-cü Qremmi" mükafatlandırma mərasiminin vaxtını dəyişib.
Mtv.az xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı məlumat yayıb.
Bildirilib ki, Kaliforniyada keçiriləcək tədbir koronavirusun sürətlə yayılmasına görə təxirə salınıb.
Mükafatlandırma mərasiminin dəqiq tarixi açıqlanmasa da, mart ayında baş tutacağı gözlənilir.
Musiqiçilər "63-cü Qremmi" uğrunda 84 nominasiya üzrə mübarizə aparacaqlar.
35 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar
16 Yanvar