Leonardo da Vinçinin oğurlanan əsəri tapıldı
Andre Ryo koronavirusa görə skripkasını satır
Ajda Pekkan  Bodrumda bağ axtarır - foto
Aktyorun yeni serialı bəlli oldu 

Facebook instagram Twitter Youtube
PREMYERA

Musiqili Teatr növbəti layihəsini Laçına ithaf edib

05-12-2020


Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bir-birinin ardınca maraqlı layihələrini uğurla davam etdirir.

Mtv.az teatrın mətbuat xidmətinə istinadla xəbər verir ki, yaradıcı heyətin tamaşaçılara təqdim etdiyi yeni layihə Laçın rayonunun işğaldan azad olunmasına həsr edilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bədii rəhbərliyi ilə ərsəyə gələn “Laçına ithaf” kompozisiyası artıq sosial şəbəkə izləyicilərinə təqdim olunub.

Kompozisiyada ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənovun (ANNA RF qrupu ilə) ifasında “Ay Laçın” xalq mahnısından və tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının “Laçın” şeirindən istifadə olunub. İdeya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Zakir Ağayev olan gözəl sənət işinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu operatoru Hikmət Şahverdizadə, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Teatrın istedadlı aktyorları, vokal ifaçıları — Əməkdar artist Səidə Şərifəliyeva, Mehriban Zaliyeva, Gültac Əlili, Aydan Həsənova, Səmədzadə Xasiyev, Əmrah Dadaşov və Emin Zeynallının qəlbi ovsunlayan, məlahətli səsləri, balet artistləri — İranə Kərimova və Məhəmməd Abdullayevin təsirli performansı sanki bizi doğma yurd yerlərimizə səsləyir. Təqdimatın özündə də elə beləcə qeyd olunur: “Yolumuz Laçınadır!”

Kollektiv üzvləri — istər teatrın aktyor heyəti, istər xor, istərsə də balet truppasının artistləri bundan sonrakı planlarını Şuşa, Laçın, Ağdam, Füzulidə və digər doğma məkanlarımızda davam etdirmək arzusunda olduqlarını bildirdilər.

 

57 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
































19 Yanvar