Aktrisa haqqında həqiqətlər üzə çıxdı - foto
Nicat saç əkdirməyi planlaşdırır
 Meryem qız anası oldu
Fatimə oğluna hansı qadağaları qoyub?

Facebook instagram Twitter Youtube
PREMYERA

Karlson” tamaşası onlayn nümayiş edilir

13-11-2020


Noyabrın 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rusdilli tamaşaçılar üçün “Karlson” tamaşası onlayn nümayiş edilir. Mtv.az xəbər verir ki, gürcüstanlı kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir. Astrid Lindqrenin öz mükəmməlliyini illərdir ki, saxlayan “Karlson”u damda yaşayan sehrli balacaboyun unikal hekayəsi hamımıza tanışdır. Özünə dost axtaran, təklikdən darıxan balaca oğlanın yaxın dostuna çevrilən, onunla səmimi, mehriban ünsiyyət quran mürəbbəsevən Karlsonun kuklaçıların səhnəsindən keçən yolu da maraqlıdır. Birhissəli uşaq tamaşasında canlı plan oyunu, fərdi nəqletmə forması yaxşı tapıntılardandır. Tamaşa teatrın “YouTube” kanalında saat 12:00-da yayımlanır.

81 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Yanvar


















15 Yanvar