Cütlük toy tarixini dəqiqləşdirdi 
Mikela Z nəslinin dəb ikonudur
Edis çətin vəziyyətə düşdü
Müğənni hər şeyin qiymətini bilir

Facebook instagram Twitter Youtube
PREMYERA

Niderlandda Azərbaycan musiqisi səsləndi

12-03-2020


Azərbaycan həqiqətlərinin dünyada təbliğatı istiqamətində diaspora təşkilatları mədəniyyətimizin təşviqi istiqamətində müxtəlif tədbirlər keçirir.

Mtv.az xəbər verir ki, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Niderland “Odlar Yurdu” cəmiyyəti də mədəniyyətimizin təbliği məqsədilə tez-tez belə tədbirlər təşkil edir.

Baharın gəlişi münasibətilə cəmiyyətin təşkil etdiyi növbəti konsert Drenthe vilayətinin Assen şəhərində reallaşıb. “Odlar yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırova və Klankrjk Drenthe musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri Klankrjk Drenthe musiqi məktəbinin şagirdləri tərəfindən ifa edilib. Şagirdlərin ifası maraqla qarşılanıb.

Sonda Azərbaycan musiqisinə göstərdikləri maraq və təqdimata görə musiqi məktəbinin müəllim və şagirdlərinə sertifikatlar verilib.



66 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 May


























30 May