Cütlük toy tarixini dəqiqləşdirdi 
Mikela Z nəslinin dəb ikonudur
Edis çətin vəziyyətə düşdü
Müğənni hər şeyin qiymətini bilir

Facebook instagram Twitter Youtube
PREMYERA

"Sevgi nəyə deyirsən sən" klipi təqdim olundu - video

11-03-2020


Müğənni Sevda Yahyayeva "Sevgi nəyə deyirsən sən" adlı klipinə təqdimat mərasimi keçirib.

Mtv.az xəbər verir ki, media nümayəndələrini başına toplayan sənətçi ekran işində "kənd qızı" obrazını canlandırdığını söyləyib.

ail Naiboğlunun ekranlaşdırdığı klipdə aktyor Ruslan Sabirli rol alıb.

Çəkiliş zamanı üşüdüyünü deyən Sevda geyimlərini özünün seçdiyini vurğulayıb: "Özüm Qobuda böyümüşəm. Yay tətillərində həmişə Qubaya və Salyana nənəmgilə gedərdim. Orada kənd həyatının şahidi idim. Buna görə də bu həyat mənə yad deyil. Hər zaman qlamur obrazlarda klipim olub deyə bu dəfə başqa cür görünmək istədim".

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/gzIfVmAQKHw" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Müğənni bildirib ki, mahnı 20 il öncə ərsəyə gəlib: "Mahnını Əməkdar artist Ədalət Şükürov 20 il öncə ərsəyə gətirib. Biz fərqli aranjimanla təqdim etdik. Çox bəyəndim, ümid edirəm tamaşaçılar da bəyənər".

Xatırladaq ki, layihənin çəkilişləri Xızıda gerçəkləşib.

90 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 May


























30 May