Kanadalı rejissor koronavirusdan film çəkdi
Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto

Facebook instagram Twitter Youtube
PREMYERA

"Eurovision" mahnımızın təqdimatı oldu - video

10-03-2020


Müğənni Samirə Əfəndinin "Eurovision 2020" mahnı müsabiqəsində oxuyacağı mahnı kliplə birlikdə təqdim edilib.

Mtv.az xəbər verir ki, "Cleopatra" adlanan mahnının tam versiyası yarışmanın rəsmi səhifəsində yayımlanıb.

Mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Bu kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda Azərbaycan Milli aləti tar, həmçinin balaban və ud səslənib.

Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilib. Ekran işinin prodüseri İsa Məlikovdur.  

Xatırladaq ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək. 



46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel








7 Aprel