Cütlük toy tarixini dəqiqləşdirdi 
Mikela Z nəslinin dəb ikonudur
Edis çətin vəziyyətə düşdü
Müğənni hər şeyin qiymətini bilir

Facebook instagram Twitter Youtube
PREMYERA

Gənc musiqiçilərin ifaları dinlənildi

13-02-2020


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc musiqiçilərin iştirakı ilə konsert proqramı təqdim olunub.

Mtv.az xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri çıxış edib.

Orkestrin bədii rəhbəri Ağaverdi Paşayev, dirijoru isə İlahə Hüseynovadır. Tarda Sənan Hacılı, Əvəzağa Hacızadə, Rəvan Mustafazadə, kamançada Hüseyn Nağıyev, Gülya Məmmədzadə ifa edib. Solist Kənan Bəşirlidir.

Konsertdə Əşrəf Abbasovun “Gənclik rəqsi”, Vasif Adıgözəlovun “Laylay”, “Qərənfil”, “Bayram süitası”, Cahangir Cahangirovun “Misir lövhələri”, Sərdar Fərəcovun “Rondoletto” və digər musiqi nömrələri səsləndirilib.

86 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 May


























30 May