Kanadalı rejissor koronavirusdan film çəkdi
Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto

Facebook instagram Twitter Youtube
PREMYERA

 “Aşıq musiqisi axşamları” - foto

06-02-2020


Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində aşıq Cahangir Sənanoğlunun ifasında “Aslan şahla İbrahimin dastanı” təqdim olunub.

Mtv.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli layihə haqqında məlumat verib. Bildirib ki, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə layihə artıq ikinci ildir davam edir. “Layihədə məqsədimiz aşıq sənətini təbliğ etmək və onu sevdirməkdır. Ötən əsrin 80-ci illərində fəaliyyət göstərən bir çox görkəmli aşıqların ifaları, söylədikləri dastanlar televiziya məkanında qorunub saxlanılır. Təəssüflər olsun ki, son zamanlar bu sənətə maraq azalıb. Biz bu layihədə aşıqların ifasında dastanları tamaşaçılara yenidən təqdim etməyə çalışırıq”.

Qeyd edib ki, son iki ildə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 8 dastan təqdim olunub. Tanınmış aşıqlardan Qələndər Zeynalov, Cahandar Sənanoğlu, Əşrəf Qəriboğlu və digər ustadlar sazla tamaşaçıların görüşünə gəlib. Layihə çərçivəsində Şirvan və Qərb bölgəsinin, eləcə də qadın aşıqlarımızın ifaları da dinlənilib.

Sonra aşıq Cahangir Sənanoğlu “Aslan şahla İbrahimin dastanı”nı söyləyib.







47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel














7 Aprel