Özcan Dəniz yeni serial çəkməyə hazırlaşır
İlqarə şərab içib, qəlyan çəkdi - video
Maskası ilə gülüş hədəfi oldu - foto
Oksana heç kimi günahlandırmır

Facebook instagram Twitter Youtube
PREMYERA

Riyad Moskvada 2-ci konsertini verəcək

24-01-2020


Fevralın 29-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Nəbatat bağında Riyad Məmmədov triosunun ifasında “Min bir gecə”dən dörd nağıl” silsiləsindən ikinci konsertin premyerası olacaq.

Mtv.az xəbər verir ki, Riyad Məmmədov və onun caz triosu bu dörd konsertdə XX əsr musiqisinin tarixindən söz açır.

O deyib: “İran şahı Şəhriyar və onun zövcəsi Şəhrizad haqqında “Min bir gecə” nağılı çərçivəyə salınmış povest prinsipi üzərində qurulub və məzmununa yeni müstəqil mətnlər daxil etməyə imkan verir. Biz silsilə konsertlərimizin təşkilində bu prinsipdən istifadə edirik. Musiqi dili ilə danışacağımız dörd nağılda bəstəkar və ifaçıların yeni musiqinin yaranması ilə bağlı hissləri, şəxsi əhvalatları və təəssüratları əks olunacaq”.

Xatırladaq ki, Riyad Məmmədov “fortepiano” ixtisası üzrə Moskva Konservatoriyasını və aspiranturasını, həmçinin musiqi nəzəriyyəsi ixtisası üzrə aspiranturanı bitirib. O, Belçika, Kanada, Fransa, Rusiya və Azərbaycanda beynəlxalq festivallara qatılıb. Teodor Kurentzisin “MusicAeterna” orkestrinin, Kanadanın “Niagara Silkway” kamera orkestrinin”, “Münchner Philharmoniker” və digər orkestrlərin müşayiəti ilə çıxış edib. R. Məmmədov həm də pedaqoji fəaliyyətlə məşğuldur. O, Azərbaycanın müasir musiqi sənətində janrların sistemləşdirilməsi üzrə elmi məqalələrin və yazıların müəllifidir.



116 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul






















4 İyul