Müğənni klip çəkilişi üçün göydələnə çıxdı - foto
“Leviafan” “Ən yaxşı filmlər”i siyahısına düşdü
Kənan sevgilisini itirməkdən qorxur
"Qara dul"dan bəhs edən filmin treyleri - video

Facebook instagram Twitter Youtube
PREMYERA

Timur Əsgərov “Silviya”da partiya ifa edəcək

10-11-2019


Dekabrın 15-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Leo Delibanın “Silviya” üçpərdəli baleti nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, səhnə əsərində Amintanın partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Silviya” baletinin dünya premyerası (Lui Merantın xoreoqrafiyasında) 1876-cı ildə Parisdə olub. Baletin Frederik Aştonun xoreoqrafiyasında premyerası 1952-ci ildə Londonda Kral Opera Teatrında keçirilib. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il aprelin 3-də oynanılıb.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik və Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamına əsasən Timur Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Dekabr














9 Dekabr