Hollivud aktrisası evini satışa çıxardı - foto
İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir

Facebook instagram Twitter Youtube
PREMYERA

“Tar-Gitara dueti” adlı konsert oldu - foto

01-11-2019


Bakıda fenomen gitara ifaçısı Filiqanın və tarzən İsmayıl Zülfüqarovun “Tar-Gitara dueti” adlı konserti olub.

Mtv.az xəbər verir ki, konsert Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutunun, Azərbaycan-Fransız Universitetinin (UFAZ) və s. qurumların təşkilatçılığı ilə reallaşıb.

Filiqanın bu layihəsi Azərbaycan ilə Fransa arasında mədəni əməkdaşlığın bir hissəsidir. Fransız gitaraçının gənc və istedadlı tar ifaçısı İsmayıl Zülfüqarov ilə təsadüfi tanışlığı tar-gitara duetinın yaranmasına təkan verib.

Konsertdən əvvəl Fransa səfirliyinin mədəniyyət üzrə müşaviri Jerom Kel Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün belə mədəni tədbirlərin təşkilindən məmnunluğunu bildirib. O, gələcəkdə azərbaycanlı musiqiçilərin də Fransada konsertlərinin keçirilməsinə dəstək verəcəklərini qeyd edib.

“Gəl ey səhər”, “Zibeydə”, “Windy and warm” və digər kompozisiyaların sintezinin təqdim olunduğu konsert tamaşaçılarda xoş təəssürat oyadıb.









26 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr


18 Noyabr