M.A.P. Beynəlxalq Teatr Festivalına hazırlaşır

“YARAT” Müasir İncəsənət Məkanı Bakının bir sıra sayılıb-seçilən məkanlarında ikinci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edəcək.
“YARAT” dan AZƏRTAC-a bildirilib ki, ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi götürülən M.A.P. festivalının adı, musiqi, incəsənət və perfomans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival özündə müxtəlif teatr nümunələrini birləşdirir. Sözügedən tədbir öz əhatə dairəsini davamlı olaraq genişləndirir.
Noyabrın 1-dən 6-dək ba. tutacaq builki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
