Monika Belluççi imicini dəyişdi - foto 
Serialın ulduzu sinəsini göstərdi - foto
Müğənni oğlu ilə oynadı - video
"Xatun haqqında danışmağa qadağa var" - rəqqasə

Facebook instagram Twitter Youtube
PREMYERA

“Bölgələrdən bölgələrə” festivalı Sabirabadda - foto

03-07-2018


Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir.

​Muztv.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, layihənin məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

 “100 illik tariximiz” başlığı altında gerçəkləşən festivalın növbəti tədbiri Sabirabaddakı Heydər Əliyev Parkında təşkil olunub. Parkda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin – Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib.

Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz bacarıqlarını nümayiş etdiriblər. Rayon sakinləri, tədbirə dəvət edilən qonaqlar, habelə festival iştirakçıları pavilyonlara baş çəkərək ayrı-ayrı bölgələrə aid mədəni irsi, həmin bölgənin tarixi və müasir inkişafını əks etdirən sənət nümunələri ilə yaxından tanış olublar.

İştirakçılar tədbirlə bağlı təəssüratlarını bölüşüblər.

Tədbirdə regional idarələrin incəsənət ustalarının konsert proqramı maraqla qarşılanıb. Festival atəşfəşanlıqla başa çatıb.

Xatırladaq ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı nazirliyin 15 regional idarəsinin hər birində təşkil olunacaq.







118 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr
































16 Noyabr