Rəqqasənin hind rəqsi bəyənilmədi - video
Əməkdar artistdən fərqli fotosessiya 
“Eurovision 2011” qalibi hovuzda poz verdi - foto+video
Alla Puqaçova qocaldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
PREMYERA

Gənc pianoçu solo konsertini təqdim etdi - foto

02-07-2018


İtedadlı gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Ayla Kəlbiyevanın “Məhəbbət əfsanəsi” adlı solo konserti olub.

Muztv.az xəbər verir ki, konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Bu il Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının VII sinfini bitirən Ayla Kəlbiyeva xeyli müddətdir ki, Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində də vokal dərsləri alır.

Ayla Kəlbiyeva solo konsertini Şəhidlər xiyabanında uyuyan İlham və Fərizənin xatirəsinə ithaf edib. İyunun 30-da İlham və Fərizənin - iki sevən qəlbin keşməkeşli həyat yoluna birgə qədəm qoymasının 29 ili tamam oldu. 

Xalq Artisti Fidan Hacıyevanın Aylanı dəstəkləyərək onunla birgə “Gözəlim, yar gözəlim” (“Arşın mal alan” operası) mahnısını ifa etməsi xüsusi alqışlarla qarşılandı. Eləcə də Xalq Artistinin “Mavi əbədilik” (musiqisi Müslüm Maqomayev) ifa etməsi gecəyə xüsusi rəng qatıb.

Gecədə Vokal Musiqi Məktəbinin yetirmələri Orxan Cabbarovun, Rəna Cəfərzadənin, Tural Tağıyevin, Aqşin Xudaverdiyevin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Şotlandiyalı Bob Petrin çıxışı dinləyicilərdə lirik duyğular yaşadıb. Tədbirin qonağı, Əməkdar İncəsənət Xadimi İlham Nəcəfov isə saksofonda caz-muğam sintezi nümunələri ilə musiqili gecəni daha da canlandırıb.

Vokal Musiqi Məktəbin müəllimi Arzu Qurbanovanın Tural Tağıyevlə birgə “Yaşın nə fərqi var” dueti sevginin ülvi duyğu olmasını bir daha xatırladıb.

Arzu Qurbanovanın ifasında şən mahnıların sədaları altında rəqsə qoşulan tədbir iştirakçıları konsertdən unudulmaz təəssüratlarla ayrılıblar.















95 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19














































18