Monika Belluççi imicini dəyişdi - foto 
Serialın ulduzu sinəsini göstərdi - foto
Müğənni oğlu ilə oynadı - video
"Xatun haqqında danışmağa qadağa var" - rəqqasə

Facebook instagram Twitter Youtube
PREMYERA

“Eviniz abad” - gürcü qızına aşıq olan azərbaycanlı gəncin taleyindən bəhs edən filmin təqdimatından-reportaj+foto

17-03-2018


Nizami Kino Mərkəzində rejissor Mirsadıq Ağazadənin “Eviniz abad” bədii filminin təqdimatı olub.

Muztv.az xəbər verir ki, ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Romantik komediya janrında olan, qeyri-adi əhvalat üzərində qurulmuş, azərbaycanlı oğlanla gürcü qızının məhəbbətindən bəhs edən filmdə hadisələr Azərbaycan və Gürcüstanda baş verir.

MUZ TV Azərbaycan kanalına müsahibə verən filmin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Mirsadıq Ağazadə ekran əsərinin motivlərindən söz açıb:
 
Mirsadıq Ağazadə: “Film Azərbaycan və Gürcüstan xalqlarının dostluğuna həsr olunub. Ekran əsərində istəmədim ki, qəmli notlara toxunum. Həyat davam edir. Tragikomediya janrındadır. Eyni zamanda iki qaçqın gəncin sevgisi də öz əksini tapıb”.
 
Fimdə rol alan Xalq Artisti Tarıyel Qasımov və baş rol ifaçılarından olan Sənan Əlləz obrazlarından danışaraq bu filmlə ilkə imza atdıqlarını söyləyiblər:

Tarıyel Qasımov: “Obrazım odur ki, dostumun oğluna himayədarlıq edirəm. Onun atası Qarabağ müharibəsində həyatını itirir. Məncə, film çox maraqlıdır.  Ekran əsəri müasirdir, bugünkü günümüzdən danışır. Vətənpərvərlik mövzusu ilə yanaşı, azərbaycanlı oğlanla gürcü qızının təsadüfən yaranan sevgisi də öz əksini tapır”.

Sənan Əlləz: “Oynadığım “Qafar” rolu deyərdim ki, həyatımın obrazıdır. Daxili aləmi, uşaqlığı tamaşaçılara bir balaca qəribə gələ bilər ancaq həyat hadisələrindən qaynaqlanan film kadrlarıdır. Qafar yaxşı insandır. Baxıb biləcəksiniz. Filmə baxmağa dəyər. Gürcü qızına aşıq oluram, çətinlik və mübarizədən sonra sevgimə qalib gəlirəm. Sonda onun əlindən tutub Azərbaycana qayıdıram”.
 
Təqdimata qatılan Əməkdar Artist Rasim Cəfər dostlarına uğurlar arzulayaraq filmin tamaşaçılar tərəfindən seviləcəyinə əminliyini ifadə edib:
 
Rasim Cəfər: “Son illərdə çox təqdirəlayiq haldır ki, yerli filmlərimizin qala gecələrinə toplaşırıq. Daha da çox olmasını arzu edirəm. Bütün yaradıcı, texniki heyətə, filmdə əziyyəti olan hər kəsə uğurlar arzu edirəm. Hesab edirəm ki, bu da uğurlu filmlərdən biri olacaq, tamaşaçıların sevgisini qazanacaq. Baş rollardan birini həmkarım, dostum Sənan Əlləz ifa edib, inanıram ki, rolunun öhdəsindən gəlib”.

Xatırladaq ki, filmin quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorlar Ruslan Ağazadə və Elxan Rüstəmov, ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkar Rauf Əliyev, icraçı prodüserlər Azər Quliyev və Ülvi Qasımovdur. Baş rollarda Sənan Əlləz, Nino İaşvili,rollarda Kamran Şahmərdan,Paata Quliaşvili, Zaza Asanişvili, Zaza Qobuadze, Giorgi Qoqişvili, Qorxmaz Əlicanzadə,Tariel Qasımov və başqaları çəkilib.
Prodüser Müşfiq Hətəmovdur.

Bununla bağlı süjetə martın 17-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 











513 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr
































16 Noyabr