Əməkdar Artist Alanyada fotossessiya etdirdi 
Səmradan açıq-saçıq klip
Stilistin su altında maraqlı fotosessiyası 
Nəsrin Cavadzadə Türkiyədə eşq yaşayır - foto

Facebook instagram Twitter Youtube
PREMYERA

Bakıda "Tomb Raider:Lara Kroft" filminin premyera öncəsi nümayişi olub - reportaj

16-03-2018


“Cinema plusda” kinoteatrında Amerika istehsalı olan "Tomb Raider:Lara Kroft" filminin premyera öncəsi nümayişi keçirilib.

Muztv.az xəbər verir ki, macəra və savaş janrında lentə alınan filmi izləməzdən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub.

Bununla yanaşı, gecəyə təşrif buyuran şəxslərə ətir hədiyyə edilib.

“Cinema plus”un PR-meneceri Nərmin Həsənova MUZ TV Azərbaycan kanalının kamerası qarşısına keçərək tədbirlə bağlı məlumat verib:


“Cinema Plus” kinoteatrı "Tomb Raider:Lara Kroft" filminin öncədən nümayişini keçirir. Premyerası sabahdan bizim kinoteatrda nümayişə buraxılacaq. Qonaqlarımız arasında iş adamları, blogerlər və müxbirlər var”.

Gecəyə ulduz qonağın də dəvət olunduğunu deyən Nərmin xanım, həmin sənətçinin adını açıqlamayaraq son anda tədvirə qatıla bilməyəcəyini söyləyib:

“Ulduz qonağımız olmalı idi. İşləri çıxdığı üçün gələ bilmədilər”.

Xatırladaq ki, xronometrajı 110 dəqiqə olan filmin rejissoru Roar Uthaugdur. Ekran işində baş rolları Alicia Vikander, Walton Goggins, Hannah John-Kamen ifa ediblər.

Bununla bağlı süjetə martın 16-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 

247 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 İyul








































19 İyul