Əməkdar Artist Alanyada fotossessiya etdirdi 
Səmradan açıq-saçıq klip
Stilistin su altında maraqlı fotosessiyası 
Nəsrin Cavadzadə Türkiyədə eşq yaşayır - foto

Facebook instagram Twitter Youtube
PREMYERA

Bakıda “Güc sahibi” filminin qala gecəsi reallaşdı - reportaj

15-03-2018


Azərbaycan istehsalı olan “Güc sahibi” adlı filmin Bakıda qala gecəsi reallaşıb.

Muztv.az xəbər verir ki, “Cinema Plus”da gerçəkləşən premyeraya ekran əsərinin aktyor və yaradıcı heyəti qatılıb.

Mistik triller janrında lentə alınan ekran əsərinin rejissoru aparıcı-aktrisa Nərgiz Mahmudzadə həm də filmin ssenari müəllifi və baş qəhrəmanıdır. O telekanalımızın kamerası qarşısına keçərək film barədə danışıb:
“Filmdə Gülşən Hüseynli, İlqar Musayev, Sənan Əlləz, Mehin Hümbətova rol alıblar. Mehin və Sənan hazırda qalaya gələ bilmirlər”.

Rejissor Nərgiz Mahmudzadənin sözlərinə görə, hazırda filmin ətrafında qalmaqallar yaşanır. Aktrisa “Güc sahibi”nin Azərbaycanda ilk mistik triller olduğunu iddia etsə də, onun bu sözlərinə 2017-ci ildə “Xənnas” filmini çəkən rejissor Elvin Abdulla qarşı çıxıb. Amma N.Mahmudzadə əlindəki sənədlərə əsasən həqiqəti sübut etməyə çalışıb:

“İlk çəkilən mistik triller film bizdə olub. Yəni, sənədimiz də var. Biz demədik ki, ilk dəfə kinoteatra gedən biz olduq. Ona görə anlaşılmazlıq oldu. Sadəcə eşitdim ki, mənim ünvanıma bəzi sözlər yazıblar. Ona görə mən də sənədi paylaşmaq məcburiyyətində qaldım. Yoxsa belə bir fikrim yox idi ki, paylaşım və deyim “2015-ci ildə bu filmi mən çəkmişəm”.

Ümumiyyətlə, film 3 uşaqlıq dostundan bəhs edir. Onlar Amerikadan gələn qız dostlarına ev kirayələyirlər. Ekran əsərində baş verən hadisələr bundan və evdə təşkil olunan ad günündən sonra cərəyan edir.
 
Bununla bağlı süjetə martın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 

178 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 İyul








































19 İyul