Keçmiş model gülümsəyərək poz verdi
Rəqsanənin əkizləri küvəzdə saxlanılır
Yeganə klipə bir evin pulunu ödəyib
Mənzurə ailəsini gizlədənləri qınadı

Facebook instagram Twitter Youtube
PREMYERA

İlin yaddaqalan QALA gecələri - keçmişə nəzər

01-01-2018


Özəl film sektorunda yaranmış sağlam rəqabət ötən il Azərbaycanda kino sahəsinin inkişafına səbəb oldu. 

Muztv.az xəbər verir ki, böyük coşqu ilə təqdimatları baş tutan filmlərin hər birinin xüsusi süjet xətti, fərqli mövzuları və izləyiciləri var idi.
 
İlə “Üç badam, bir qoz” filmi ilə qədəm qoyan qala gecələri aşağıdakı ardıcıllıqla izləyicilərə təqdim edildi.
 
“Mahmud Baba” filminin qala gecəsi yanvarın 26-da baş tutdu. Rejissoru Samir Kərimoğlu olan filmin baş rol ifaçısı Fəqan Məmmədovdur.
 
Təqdimatı Nizami Kino Mərkəzində reallaşan “HOQQA” filmi haqqında uzun müddət danışıldı.
 
“Planet Parni iz Baku”nun istehsalı olan “Ağanatiq” filmi ən çox izlənilən filmlərdən oldu.
 
Fevralın 15-də “Cinema Plus”da Murad Dadaşovun prodüserlik etdiyi “Bayram axşamı” filminin qala gecəsi keçirildi.
 
Ənənəsinə sadiq qalan “İlk Media” növbəti komediya fiminin - “Stalinin başı”nın qala gecəsini təşkil etdi.
 
“Xəzər Media Centr”ın ərsəyə gətirdiyi “Niyə?” filminin də premyerası maraqlı məqamlarla yadda qaldı.
 
Azərbaycanlı və türkiyəli aktyorların rol aldığı “The Game” filminin qala gecəsinə Xalq artistləri Həmidə Ömərova və Hacı İsmayılov da qatıldılar.
 
Melodrama janrında çəkilən “Sara” filminin Nizami Kino Mərkəzində təqdimatı baş tutdu. Layihədə rol alan Xalq Artisti Rasim Balayev gecəyə qatılmadı.
 
Rejissoru İlham Yaşaroğlunun “Hozu” filminin premyerası “Cinema plus”da reallaşdı. Gecədə şou-biznes və kino dünyasının tanınmış simaları iştirak etdilər.
 
İlk dəfə 4 Xalq və 3 Əməkdar Artistin çəkildiyi “Nazlı” romantik komediya filminin qala gecəsində filmin baş qəhrəmanlarından olan Fuad Poladov və Rasim Balayev iştirak etmədilər.
 
Mistik janrda çəkilən “Xənnas” filminin premyerası may ayında reallaşdı. “Xənnas” Azərbaycanda bu janrda çəkilən ilk film oldu.
 
Baş qəhrəmanı rəqqasə-aktrisa Oksana Rəsulova və repçi Elşad Xose olan “Mələyin öpüşü” filminin təqdimatı Nizami Kino Mərkəzində baş tutdu.
 
Layihənin baş qəhrəmanları Kənan Mahmudov və Pərvin Abıyeva olan “Gecə qonağı 2” filminin premyerasında şou-biznesin tanınmış simaları, kino xadimləri, filmin yaradıcı heyəti iştirak etdi.
 
Fantastika janrda çəkilən “Təhmin və Zaur” filminin qala gecəsi oktyabr ayında “Cinema Plus”da rellaşdı. Kinonun əsas simalarından olan Kəmalə Piriyeva qalaya qatılmadı.
 
Rejissoru Emil Quliyev olan “İkinci Pərdə” filminin premyerası isə “Park Sinema”da reallaşdı.
 
Bu dəfə Bakıda “Qızı qaçırdı”lar. Kənan Yusif, müğənnilər Sevil-Sevinc Səfərovalar və Damlanın canladırdığı ekran işinin quruluşçu rejissoru Rüfət Şahbazovdur.
 
Kreativ dəvətnamələri ilə yadda qalan “Kəklikotu” filminin premyerası “Elektra Events Hall”da baş tutdu. Müğənni Dilarə Kazımovanın ifa etdiyi “Dəm” mahnısı filmə xüsusi gözəllik qatıb.
 
Sonuncu - “Tayson” filminin isə qala gecəsi dekabrın 27-də Flame Towers IMAX zalında baş tutdu.
 
Azərbaycanda film sektoruna olan maraq türkiyəli rejissorlarında diqqətindən yan keçmədi. Belə ki, türkiyə pavilyonlarında ərsəyə gələn filmlərin qala gecələri məhz Bakıda keçirildi.
 
Baş rollarda Murad Bozla Burak Özçivitin çəkildiyi “Kardeşim benim 2” filmi böyük ajotaja səbəb oldu.
 
Azərbaycan və Türkiyədə çəkilən “Yanlış anlama” filminin qala gecəsi isə İstanbulda təşkil edildi.
 
Əsas ulduzu Pelin Sönmez və Pərvin Abıyeva olan “Yalnış anlama” filmin premyerası Türkiyənin “Kadıköy Baba Səhnə”sində reallaşdı.
 
Nizami Kino Mərkəzində baş tutan “Dönerse senindir” filminin qala gecəsinə məşhur müğənni Murad Boz qatıldı.
 
Türkiyənin iki məşhur ulduzu - Barış Arduçun və Elçin Sanqunun rol aldığı "Mutluluq zamanı" filminin qala gecəsidə məhz Nizami Kino Mərkəzində reallaşdı. 

Bununla bağlı süjetə yanvarın 3-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.


Hüseyn İbadlı

237 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 Dekabr




















































10 Dekabr