Mənzurə Musayeva üç il əvvəl ayrılıb
Model şəkilləri ilə gündəmə gəldi
Elza Seyidcahanı kim əsəbləşdirdi?
Aşıq Samirə görünüşünü dəyişdi

Facebook instagram Twitter Youtube
PREMYERA

Bakıda "Yanlış anlama" - qala gecəsi - foto

09-11-2017


Azərbaycan və Türkiyə istehsalı olan "Yanlış anlama" filminin Bakıda qala gecəsi reallaşıb.

Muztv.az xəbər verir ki,  “Cinema Plus”da keçirilən tədbirdə yerli və türkiyəli aktyorlar mətbuat konfransında onlara ünvanlanan sualları cavablandırıblar.

Premyerada maraq doğuram məqam isə aktyor Hakan Bilginin tamaşaçıları əyləşdiyi stulun üstünə çıxaraq salamlaması olub.

Sonra filmin baş rol ifaçıları Fərda Xudaverdiyev, Pərvin Abıyeva, İslam Mehrəliyev və türkiyəli aktyorlar Pelin Sönmez, Hakan Bilgin və Bahadır Efe MUZ TV Azərbaycan kanalına özəl açıqlama veriblər.

Aktrisa Pelin Sönmez ölkəmizə heyran olduğunu və xalqımızın qonaqpərvərliyindən söz açıb.

Azərbaycandan əvvəl Türkiyədə keçirilən qala gecəsində aktrisalar Pərvin və Pelin cəsarətli libasları ilə gündəmə gəlmişdilər. Cazibədar xanımlar bu dəfə də açıq-saçıq libasları ilə göz oxşayıblar.

Premyerada diqqətçəkn məqam isə filmdə rol alan, “Arka sokaklar” serialının Məsudu Şevket Çoruhun gecəyə qatılmaması oldu. Bunun səbəbini “Yanlış anlama” filmində yaşlı kişi obrazını canlandıran Bahadır Efe açıqlayıb.

Xatırladaq ki, filmin Türkiyə premyerasından sonra noyabrın 7-də aktyorlar Gəncə şəhərində pərəstişkarları ilə görüşüb, ekran əsərini birgə izləyiblər.

Qala gecəsi barədə süjetə noyabrın 9-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.
 









615 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Oktyabr






































16 Oktyabr