Mənzurə Musayeva üç il əvvəl ayrılıb
Model şəkilləri ilə gündəmə gəldi
Elza Seyidcahanı kim əsəbləşdirdi?
Aşıq Samirə görünüşünü dəyişdi

Facebook instagram Twitter Youtube
PREMYERA

Gənc Tamaşaçılar Teatrının həftəlik tamaşaları – siyahı-foto 

09-11-2017


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daimi tamaşaçıları üçün bu həftə maraqlı repertuar tərtib edib.

Muztv.az xəbər verir ki, sənət ocağının yaradıcı kollektivi noyabrın 10-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə “Ağ ölüm” tamaşasını təqdim edəcək.

Bundan başqa, noyabrın 11-də “Leyli və Məcnun”, noyabrın 12-də isə “Mənim ağ göyərçinim” tamaşaları nümayiş olunacaq.

Teatr həmişə olduğu kimi, bu dəfə də azyaşlı tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv uşaqlar üçün noyabrın 11-də “Dəcəl keçi”, 12-də isə “Qoğalın nağılı” tamaşalarını təqdim edəcək.

Tamaşalarda Əməkdar artistlər Nofəl Vəliyev, Rahib Əliyev, Nəsibə Eldarova, Nübar Novruzova, Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Rasim Cəfər, aktyorlar Manaf Dadaşov, Vüsal Mehrəliyev, Anar Seyfullayev, Günül Məmmədova, Asya Atakişiyeva, Müşfiq Əliyev, Eşqin Quliyev, Səbinə Məmmədova və başqaları çıxış edəcəklər.







368 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Oktyabr






































16 Oktyabr