Demet Meqan Marklını tənqid edib - foto
Aktyor evliliklərini sonlandırmaq istəyir
Bülənt Ərsoya qızıl kəmər hədiyyə edilib - foto
Hollivud ulduzundan yeni fotosessiya

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Gövhər musiqi aləmində özünə rəqib tanımır

22-09-2022


"Qarmon məni Gövhər edib, dönük adamlar çox görmüşəm, ən vəfalım qarmonumdur. Uşaqlarımı qarmonla yerbəyer etmişəm, ev qurmuşam". Mtb.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva deyib. Musiqiçi bu aləmdə özünə rəqib tanımadığını söyləyib: "Əsl alın təridir, biz musiqiçilər canımızı qoyuruq. Heç kimi rəqib görmürəm. Hər gülün öz ətri, hərənin öz yolu var. Mən not bilmirəm, heç evdə də məşq etmirəm. Allah vergisidir, qarmonu götürəndə güc gəlir mənə". Qarmon ifaçısı toyların azalmasından gileylənib: "Əvvəlki toylar yoxdur, azalıb. Şəhər əhalisi yayda toy etmirdi, köçürdü bağa. Kənd toyları olurdu. Qabağki toylar yoxdu. Məncə maddi duruma görədir. Baha da getmirəm, damara baxıb qanını alıram. Özüm elə kişi kimi biriyəm. Pul qazanan qadın necə olmalıdır? Pul qazanan qadın kişi kimi olur".

21 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti