Serialda tərəf müqabili olacaqlar
Məşhur reper evləndi
Almaz Ələsgərli ikinci dəfə nənə olacaq
Lolita rəsmi şəkildə boşandı

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Aktrisa paparazzilərlə xoş davrandı

25-07-2019


Aktrisa Şeron Stoun hər dəfə paparazziləri görəndə onlarla mehriban davranmağa çalışıb.

Mtv.az xəbər verir ki, 2001-ci ildə beyin qanaması keçirən və uzun müddət ekranlardan uzaq qalan 61 yaşlı Hollivud ulduzu "Variety" dərgisinə müsahibə verib.

Ş.Stoun başına gələnlərdən, xəstəliyindən danışıb. "Hollivudun ən cazibədar ulduzu idim. Şahzadə Diana ilə mən çox məşhur idik. O, öldü, mən isə insult keçirdim. Hər ikimiz unudulduq. İnsanlar mənimlə qəddarcasına davrandılar. Onlar anlamadılar ki, insult qadın üçün nə qədər təhlükəlidir. Hər şeyimi itirdim. Biznesimi, yerimi itirdim..." deyə, Şeron söyləyib.

O, daha sonra insanlara məsləhət verib: "Əgər başağrısından əziyyət çəkirsinizsə, həkimə gedin. Buna ötəri yanaşmayın. Çox insan bu hala etinasız yanaşdığı üçün ölür".

130 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Oktyabr


23 Oktyabr