Britni başqası ilə göründü - foto
Nigar retro tərzində geyim seçib - foto
Müğənni əməliyyat etdirdiyini etiraf edib
İrinanın yarıçılpaq şəkilləri

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

"Yaradıcılığım aşıb daşır..."

01-11-2022


"Yaradıcılığım aşıb daşır. Hər gün yeni bir əsər yaradıram. Mən heç dayanmıram. Amma maddiyat yoxdur ki, onları üzə çıxardım". Mtv.az xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan deyib. Müğənni son günlər yaşadığı maddi sıxıntılardan danışıb. O deyib ki, artıq onun bəstələrini alan da yoxdur: "Müğənnilər bəstəkar mahnıları oxumurlar. Hamısı pul gətirən mahnılara qaçıb. Hətta özləri yazır, aranjiman edirlər, özləri qazıb, montaj edirlər. Bəstəkara pul vermək onlara sərf etmir. Müasir dövrdür, hamısı kompüteri də bilir. Otururlar hazır ritmləri düzüb-qoşurlar, pul qazanırlar. Dünyada müharibədir, şou-biznesə heç baş qoşan yoxdur. Amma Rusiyada müharibənin olması bizimkilərin toy biznesinə təsir edəcək". Müğənni əlavə edib ki, məcburoyyətdən şou-proqramlara gedir: "Toy üçün çalışmıram. Çalışsam, efirdə pul gətirən, toy tutacağım mahnılar oxuyardım. Mənim kimi bəstəkar məcbur şou-proqrama da, toya da gedirəm. Toy üçün çalışsaydım, hər gün toyum olardı. Toylarda necə gözəl oxuyuram hamı bilir. Mənə "meydangir" deyirlər. İstəyirəm ki, mən yaradıcılığımı bəstəkarlıqda formalaşdırım. Amma ailəmin ehtiyacı ucbatından toy və şou-proqrama gedirəm. Az da olsa, Allah bərəkət versin".

90 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti