Reper yalan xəbərlər yayan şəxsi polisə verib
Aktrisanın evinə basqın edilib
Dua Lipa kamera qarşısına keçib-foto
Zendayanın sentyabr fotosessiyası

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

İlhamə ABŞ-da keçirdiyi çətin günlərdən danışıb

31-10-2022


"Sosial şəbəkədə qışqıram, nəsə paylaşan deyiləm. Bəziləri sosial mediada çox çıxış edir. Göstərişi sevən insan deyiləm. Amma çox vətənpərvərəm". Mtv.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova deyib. Uzun müddət ABŞ-da yaşayan sənətçi keçirdiyi çətin günlərdən danışıb: "Dünyanın bir çox yerində olmuşam. Uzunmüddətli qalsam belə heç vaxt ölkəmin bir parçasını oradakı komforta dəyişmərəm. Çox insan deyirdi ki, niyə qayıtdın? Məcburiyyətə görə uzun müddət qaldım. Amma elə bir gün olmurdu ki, gecə ağlamayım. Çox darıxırdım. Nə qədər müasir olsam da, ölkəmin mədəniyyətinə, əsl mentalitetə bağlı insanam. Başqa yerdə bunu hiss etməyəndə, mənə pis təsir edir. Durub böyüyə yer verməyi, kiməsə "siz" deyərək müraciət etməyə fikir verənəm. Çox acınacaqlıdır ki, gənclər böyüklərlə "sən"lə danışır, Qərbin mədəniyyətinə aludə olublar".

89 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti