Keti musiqiçi Bobbi ilə eşq yaşayır - foto
Müəlliflik hüququnu 100 milyon dollara satıb
Aktyor 3 milyon lirə qazanacaq
“ABBA” üzvləri 40 ildən sonra görüşüblər - foto

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Lalənin ən birinci dinləyicim atasl olub

23-06-2022


"Anam illərdir ki, Bakı Dövlət Universitetində "Siyasi-iqtisad, politologiya"dan dərs demiş müəllimə idi. Xasiyyətçə də sözünü deyə bilən, qadağalara çox üstünlük verən xanımdır. Anam üçün birinci növbədə mən övladam, ikinci övladlarım var, anayam. Ən sonda mənim sənətçi olmağım gəlir. Atam mənim hər zaman dəstəkçim olub. Anam oxumağıma qadağa qoyanda da, atam qabağa düşdü". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova teleproqramın birində deyib. Müğənni atasının səhhətindəki poblemdən danışıb: "Ən birinci dinləyicim atam olub. Təəssüf ki, o altsheymer xəstəsi olduğuna görə yaddaşı ilə əlaqdar məni dinləyə bilmir. Ona uzaq keçmişdə dinlədiyi müğənni Sara Qədimovanın mahnılarını dinlədirəm. Atam məni görəndə heç bir reaksiyası olmur. Atamın bu yöndə olan itkisi mənin üçün ən ağır itkidir. İllər ərzində dəyişən bunlar oldu. Tamaşaçım çoxaldı, amma ən birinci dinləyicimi itirdim. Valideynlərimlə qalıram, məsuliyyət mənim çiynimdədir. Evdə olanda anam da rahat olur. Ona görə də verilişlərə az gedirəm. Məclisin birinə gedəndə, qastrol səfərlərinin bəzisindən imtina edirəm". L.Məmmədova aparıcısı Leyla Quliyevanın "O zamanlar səhnəyə və şou proqramlara gəldiyiniz zaman həmkarınız İlqar Xəyalın sizin haqqınızda söylədiyi "Lalə paltat toxuya-toxuya səhnəyə gəlib" sözlərinə belə cavab verib: "Çox maraqlıdır ki, İlqar harada mənim paltar toxumağımı görmüşdür? Amma düz deyib. Şou proqramlara getməyim İlqarın sahəsində olub. Daha əvvəl yeyib-içilən məkanlarda oxumağı ağlıma gətirmirdim. Bu mənim üçün çox böyük sərhəd idi. O zamanlar ödənişli təhsil əsasında maqistraturada oxuyurdum və maddi baxımından sıxıntılarım vardı. Maqistratura pilləsində təhsil aldığımı valideyinlərimdən gizlətmişdim. Şou proqramlarıma getdikcə müəyyən məbləğ yığmışdım. İlqar mənə şou-proqramlarda çıxış etməyi təklif etdi. Söylədi ki, rəhbərliyin də çox xoşuna gəlir ifanız. O zaman nə şou proqramlara, nə də ki, toylara gedirdim. İlqar Xəyalın bu sahədə mənə dəstəyi oldu".

17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
















30 İyun