Əməkdar artist "10-da görüşək"də danışdı

"Seriallarda bir çox insan çəkilir. Amma başa düşmürəm ki, özlərini "aktyor" və "aktrisa" adlandırmaq güvəni haradan gəlir? 30 ilə yaxındır teatrdayam, indi alın açıqlığı ilə deyə bilirəm ki, aktrisayam. Hələ də ehtiyat edirəm bu sözü deməkdən". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynaloova "10-da görüşək" proqramında deyib. Aktrisa gənc aktyor və aktrisalara səslənib: "Amma serialda kiçik bir obraz canlandırmağa cəhd edirlər və özlərini "aktyor, aktrisa" adlandırırlar. Düz deyil. Bunu alın açıqlığı ilə işlətməsinlər, ləkə gətirməsinlər. Elə insanlar var ki, tələb edəcəm bunu işlətməsinlər. Teatrda çalışanlar həyatlarını teatra sərf edirlər. Günümüzün daha çox hissəsini teatrda keçirirk. Buna görə əbəs yerə demirik ki, teatr bizim evimizdir".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
