"Murda" ləqəbli repçi həbs olunub
"Rəcəb İvedik 7" filmi çəkilir
Müğənni yol hərəkəti qaydalarını pozub
Reper öldürən şəxs həbs olunub - foto

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Mərhum Xalq artisti ilə bağlı xatirəsini bölüşüb

18-01-2022


Xalq artisti Alim Qasımov  mərhum Xalq artisti Hacıbaba Hüseynovla bağlı xatirəsini bölüşüb.

Mtv.az xəbər verir ki, xanəndə mərhum Xalq artisti Hacıbaba Hüseynovla bağlı xatirəsini bölüşüb.

O bildirib ki, bir vaxtlar xanəndənin gizli səsyazılarını yazıb: "Əsəbdən olan bir iş idi. Tələbə idim, kiçiklik edirdim. Köhnə "Moskvich" avtomobil var idi. Dərsdən sonra Hacıbaba Hüseynovu otuzdurub maşına aparırdım evə. Onun dərsi bir tamaşa idi. Məndə öyrənmək qabiliyyəti çətindir. Bir mahnını öyrənəndə evdə nəvələrim, hamı öyrənir, mən qalıram. Dedim ki, səsinizi yazım, əvvəl razılaşdı. Sonra qayıtdı ki, səs yazmaq lazım deyil, öyrədirəm səni. Bütün günü yemək yeməmişdim, əsəbləşdim, bir parçadır da, imkan ver yazım öyrənim. Evdə qırmızı ip, gül və balaca mikrofon var idi. Mikrofonu sökdüm, gülün içinə saldım, iplə toxudum, qoydum baqaja. Maqnitafonda böyük. Bir-iki şunur çəkdim maşının içinə. Maşına oturanda başladım sual verməyə. O da cavablandırır, mən də sağa-sola baxıram. Hiss etdi ki, qulaq asmıram. Qayıtdı ki, birdən səsimi yazarsan. Pis hala düşdüm, dedim, nə yazmaq? 70 yaşında ondan buna görə halallıq istədim".

68 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
















16 May