Hollivud ulduzu baxımsız halda - foto
Müğənni alt paltarını satışa çıxarır - foto
Serialdan pişiyinə görə ayrıldı
Fatimə rəqqasələri tənqid etdi

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

"Yuxuya həsrət qalmışam" -  Samirə Əfəndi - video

20-03-2020


“Mənə xəbəri deyəndə inanmadım. Bu günü gözləmək üçün 5 il çabalamışam, əziyyət çəkmişəm. Dedim yəqin ki, zarafat edirlər. İclasa çağırdılar, nöqsanlarımdan başladılar. Dedilər ki, bu düzəlməlidir. Elə bildim ki, alınmadı, evə gedim. Dedilər ki, Rotterdama gedəcəksən. Mənim o halımı görmək lazım idi”.

Mtv.az xəbər verir ki, bu sözləri “Eurovision 2020” təmsilçimiz Samirə Əfəndi deyib.

O, “Eurovision” hazırlıqlarından söhbət açıb: “Eurovision”dan öncə də qrafikim dolu idi. İndi isə hər saniyəm dəqiq yazılıb. Yatmağı çox sevirəm deyə, yuxuya həsrət qalmışam. İngilis dilini unutmuşam. İndi isə öyrənməklə məşğul oluram”.

S.Əfəndi “Cleopatra” mahnısına və klipinə gələn rəylər barədə təəssüratını da bölüşüb: “Mahnı ürəyimcədir. Çünki özümdən bəhs edir. Özümü belə görür və eşidirdim. Gözləmirdim ki, belə ajiotaj yaranacaq. Klipimiz də, mahnımız da trenddədir. Bu yarışmada Azərbaycanın çox yaxşı reytinqi var. Azərbaycan deyəndə həyəcanla qarşılayırlar. Mahnıda buddizm mantrası var. Bəstəkarlar bunu belə görüb. Klipimiz fevralda çəkilib. Klipdə də gördüyünüz kimi əynim “çox qalın” idi. Dəhşətli soyuq idi. Vannadan çıxanda sulu idim, külək də vururdu. Dəhşət idi. Amma kameralar yananda hər kəs özünü toparlayırdı. Hələ ki hansı obrazda çıxacağım bəlli deyil. Çox hündürdaban ayaqqabı olmasa, rahat olar”.

Xatırladaq ki, bu ilin mayında keçirilməsi planlaşdırılan “Eurovision” müsabiqəsi üçün seçilən “Cleopatra” adlı mahnımız 6 gün ərzində 1,8 milyon baxış sayı toplayıb. İspanya, Yunanıstan kimi ölkələrin “Youtube” trendində yer alıb.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/I0VzBCvO1Wk" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

78 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti