"Çox sevinirəm"- Könül Kərimova da təşəkkür etdi
Nadir Qafarzadə Röyaya tərif yağdırdı
Keçmiş model məsləhət verdi: “Yaşlanmayın...”
Sabah bayram havası olacaq

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Fuad Poladov: “Səsimin bəlasına düşmüşəm” - MUZ TV Azərbaycan-a eksklüziv

23-11-2017


Xalq Artisti, kinoaktyor Fuad Poladov səhhətindəki son durumla bağlı MUZ TV Azərbaycan-a telefonla açıqlama verib.

Muztv.az xəbər verir ki,  kinoaktyor "özünüzü necə hiss edirsiniz" sualına belə cavab verib:

"Özümü normal hiss edirəm. Çox sağ olun. Müalicələrim davam edir. Dərmanları qəbul edirəm. Allah Kərimdir. Görək necə olur." 

O, sənət dostlarından onu ziyarətə gələnlərin az olmadığını deyib, səhhətində irəliləyişlə bağlı bunları bildirib:

"Ziyarət etməyə heç kimə icazə vermirəm. Ancaq telefonla zəng edib hal-əhval tuturlar. Sağ olsunlar. Mən indi görüşməli halda deyiləm. Camaaat içinə çıxası vəziyyətdə deyiləm. 
İrəliləyiş deyəndə ki, elə bil ciddi irəliləyiş hiss etmirəm. Amma həkimlər deyir ki, bu hal da bizi qane edir. Yəni ki, dərmanların təsiri həkimlərin istədiyi kimidir. Bunu həkimlər deyir. Özüm isə o qədər də razı deyiləm. Çünki səsimdə ciddi bir dəyişiklik yoxdur. 
Səsim yanvar ayından titrəyir. Elə səsimin bəlasına düşmüşəm də. Hamısı səsdən sonra biruzə verdi. 

Fuad Poladova cansağlığı arzulayaraq,  onu sevən tamaşaçı ordusuna "hansı sözünüz var" deyə soruşduq:

"Hər kəsə diqqətinə görə təşəkkür edirəm. Durumumla bağlı hamı zəng edib deyir ki, dua edirəm. Hamıya minnətdaram. Var olun. Sizi sevirəm." 

Xatırladaq ki, Xalq Artisti qırtlaq xərçəngindən əziyyət çəkir. 

Bununla bağlı süjetə noyabrın 23-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva

206 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May






















26 May