"Sən star olacaqsan"

Muz TV kanalı növbəti yeniliyə imza ataraq səs-küylü layihələrinin sırasına daha birini əlavə etdi. Belə ki, “Sən star olacaqsan” adlanan veriliş hər kəsin sevimlisinə çevriləcək. Hər həftənin çərşənbə günü efirə gedəcək proqramda səsinə güvənən hər kəs mikrofonlarımıza sevimli mahnılarını ifa edəcəklər. Özündən əmin olan hər kəs bu yarışmada iştirak edib qalib ola bilər. Əgər sən də Azərbaycanın ən gözəl səsini seçmək istəyirsənsə, verilişi izlə, qalibini özün təyin et. Bunun üçün muztv.az saytına daxil ol və “Sən star olacaqsan” layihəsinin iştirakçıları haqda daha ətraflı məlumat al. Bəyəndiyin ifaçıya isə verilişin Facebookdakı eyniadlı rəsmi səhifəsində səs verərək növbəti tura vəsiqə qazanmasına kömək et. Qeyd edək ki, layihədə yaş məhdudiyyəti yoxdur və böyükdən kiçiyə hər kəsin müsabiqədə qalib olmaq şansı var.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
