Ebru Gündeş oteldə qalmadı - iddia yalan çıxdı
Daha bir azərbaycanlı "O səs Türkiyə"də - video
Aybəniz Haşımovanı bir də belə görün - foto
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirlib - foto

Facebook instagram Twitter Youtube

MUZ TV Musiqi Kanalı muztv.az  saytı vasitəsi ilə yayımlanan internet televiziyadı.  Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan mədəniyyət kanalı 2012-ci il 11 may tarixindən fəaliyyətə başlayıb. Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, filmlərin, ayrı-ayrı proqramların canlı internet yayımları və canlı reportajlar kanalın əsas prioritetidir.... Musiqiçilərin, aktyorların, sənətçilərin fəqli simalarının göründüyü televiziya ilk yayıma başladığı gündən, musiqiylə bağlı informasiya bürosu eksklüziv xəbərlər, proqramlar hazırlayır və yayır. Azərbaycan estradasının, milli musiqisinin klassik ənənəsinin və müasir inkişafının təqdimatçısı kimi çıxış eləyən yeganə televiziya resursudur.

 

                                                                                                                Məqsədimiz

 

 

MUZ TV Azərbaycanda fəaliyyət göstərən yeganə musiqili internet televiziyasıdır. Televiziyanın yaradılmasında əsas məqsəd milli musiqi sənətini təbliğ etmək, insanın ruhunu qidalandıran musiqini ölməz mənəvi dəyər kimi çox milyonlu tamaşaçılara çatdırmaqdır. Min illik yaşı olan Azərbaycan xalq musiqisinin bir qismi ağız ədəbiyyatı və folklor vasitəsilə günümüzə qədər gəlib çatıb, lakin böyük bir qismi unudulub. Məqsədlərimizdən biri də xalq musiqisinin öyrənilməsi və tədqiq olunması ilə bağlı ardıcıl layihələr hazırlamaq, xalq musiqisinin bazası əsasında yaradılan peşəkar milli musiqimizin sirləri ilə tamaşaçıları tanış etmək, Azərbaycanın zəngin və özünəməxsus muğam sənətini geniş auditoriyaya  vaxtaşırı olaraq çatdırmaqdan ibarətdir. MUZ TV  eyni zamanda, klassik muğam ustaları, nəhəng musiqi korifeyləri barədə silsilə proqramlarla da tamaşaçıların görüşünə gələcək. MUZ TV həmçinin, Azərbaycanın milli musiqisi ilə yanaşı klassik və müasir Avropa, eləcə də dünya musiqisinin müxtəlif janrlarının ən yaxşı nümunələrini tamaşaçılara təqdim etməyi qarşısına məqsəd qoyur. Məqsədimiz həm də tamaşaçıların, xüsusi ilə yeniyetmə və gənclərin musiqi zövqünün  formalaşması, onların yüngül, bayağı  “ musiqilərdən” uzaqlaşdırılması istiqamətində müxtəlif proqramlar hazırlamaqdır. MUZ TV yeni musiqiçilər nəslinin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqiyə istiqamətləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsini də qarşısına məqsəd qoyur. MUZ TV Azərbaycan efir məkanında fəaliyyətə başlayan ilk və yeganə musiqili internet televiziyasıdır, MUZ TV sizin arzularınızın, istəklərinizin televiziyasıdır, bizə baxın, bizi dinləyin. İstədiklərinizi tapacaqsız!

 

Xəbər lenti
17 Dekabr


















16 Dekabr