Selena Qomez açıqlaması ilə gündəmə gəldi
Rita Oranın sərvəti açıqlandı 
Aktrisa paylaşımına görə tənqid olundu
Mənzurə qalmaqallı geyimindən danışdı - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Ajda Pekkan: “Övladlığa uşaq götürmək istəyərəm”

30-03-2017


Ötən gecə türkiyəli müğənni Gülşənin həyat yoldaşı Ozan Çolakoğluna təşkil etdiyi sürpriz doğum günü gecəsinə pop ulduzu Ajda Pekkan da iştirak edib.

Muztv.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məkandan çıxarkən görüntülənən müğənni çox əyləndiyini söyləyib.

Müğənni yeni layihələri ilə bağlı sualları da cavablandırıb:

“Albom və sinql üzərindən işlər gedir. Bu barədə yığışıb danışarıq”.

Müğənni, İrem Dericinin "Estetik əməliyyatda Ajda Pekkanı keçəcəm" xəbərlərinə də münasibət bildirib:

“Əsəbləşmirəm, insanlar məşhur olanda hər tip hadisəylə qarşılaşır. Onlar mənim çox sevdiyim uşaqlarımdır. Hamısını çox sevirəm, uğurları davamlı olsun”.

Müğənni “Övlad sahibi olmaq fikriniz hələ də keçərlidir? sualına, “Övladım olsun istəyirəm. Belə xəbərlər həmişə yazılacaq, kaş ki, ola. Övladlığa uşaq götürmək istəyərəm”.

580 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Dekabr


















30 Noyabr