Selena Qomez açıqlaması ilə gündəmə gəldi
Rita Oranın sərvəti açıqlandı 
Aktrisa paylaşımına görə tənqid olundu
Mənzurə qalmaqallı geyimindən danışdı - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Moldovada Novruz təntənəsi

30-03-2017


Kişeneu şəhərində TÜRKSOY-un xalq alətləri orkestrinin konserti keçirilib.

Konsert Türkiyə və Azərbaycanın Moldovadakı səfirliklərinin və S.Lunkeviç adına Moldova Milli Filarmoniyasının dəstəyi ilə təşkil edilib.

MuzTv.az Azərtaca istinadən  xəbər verir ki, konsert “Novruz-2017” silsilə tədbirləri çərçivəsində reallaşıb. Moldovada orkestrin 2 konserti nəzərdə tutulub.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkədə akkreditə olan bütün türkdilli dövlətlərin səfirləri adından konsertin təşkilatçılarına təşəkkür edərək deyib: Türk dünyası öz mədəni və tarixi irsi ilə bütün dünyada tanınır. Bizim ümumi zəngin mədəniyyətimiz türk dünyasını birləşdirən amillərdən biridir. Ən əsası odur ki, bu gün bizim bu mədəniyyətimizi bütün dünyaya nümayiş etmək üçün imkanlarımız var”. Konsert türk xalqlarının qədim musiqi mədəniyyətini əks etdirən çıxışlarla yadda qalıb.
 









579 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Dekabr


















30 Noyabr