Kıvanç yeni layihdə yer alacaq
Tərlan Nur Yaşar koronavirusa yoluxdu
Geyimləri ilə qırmızı xalçaya çıxdılar - foto
"Hülya Avşar Tatlısəsə dəli kimi aşiq idi..."

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Ünvansız qatar” tamaşasının premyerası olacaq

29-03-2017


Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq. 31mart - Azərbaycanlıların Soyqırımı Günü nümayiş etdiriləcək yeni tamaşa “Ünvansız qatar adlanır.

Muztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əməkdar incəsənət xadimi, istedadlı dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Səhnə əsərinin quruluşçu rəssamı Sona Qarayeva, rejissorları Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sona Mustafayevadır.

Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova və başqaları iştirak edəcəklər.

Yeni səhnə əsəri ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir.



634 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti