Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Beynəlxalq Novruz Günü BMT-də qeyd olunub - fotolar

23-03-2017


BMT-nin Cenevrədəki Bölməsinin yerləşdiyi Millətlər Sarayında Azərbaycan, Albaniya, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin və BMT Bölməsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

Muztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Daha sonra, 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib. Həmin vaxtdan etibarən Novruz Günü BMT-də qeyd olunur. Cenevrədəki tədbir də BMT qətnaməsinə uyğun təşkil edilib.

Açılış mərasimində BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Maykl Möller çıxış edib. O, Novruz bayramının adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb. M.Möller tədbirin təşkilinə rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Daimi nümayəndəliyinə xüsusi minnətdarlığını bildirib. Baş direktor tədbirdə iştirak etmiş 12 ölkənin daimi nümayəndəliklərinin bu təşəbbüsünü mədəniyyətlər və dinlər arasında sərhədlər tanımayan dostluq və həmrəyliyin rəmzi kimi qiymətləndirib.

İştirakçı ölkələrin daimi nümayəndəlikləri tərəfindən hazırlanmış tarix, mədəniyyət və incəsənətə dair foto və video materiallar iştirakçılara təqdim edilib, milli yeməklərdən və şirniyyatlardan ibarət xüsusi guşələr təşkil olunub.

Tədbirdə, həmçinin Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” ansamblı musiqi proqramı ilə çıxış edib. Musiqiçilərin ifasında səsləndirilən Azərbaycan xalq mahnıları və muğamlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Mərasimdə BMT-nin Cenevrə bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Cenevrədəki ofisinin katibliyi, beynəlxalq təşkilatların əməkdaşları, Cenevrə şəhərinin rəsmiləri və tədbiri təşkil edən ölkələrin diaspor nümayəndələri iştirak ediblər.



















599 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti