Aktyorun əvvəl məhkum olduğu üzə çıxdı
"Hörümçək adam" aktrisaya vurulub - foto
“Ən yaxşı qadın aktrisa” oldu
Şevval Sam gözəllik sirrini açdı - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qırmızı bağ”  “Ən yaxşı bədii film” oldu

07-03-2017


“Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.
Proqramın əsas mükafatı filmimizə Kanada, İslandiya, İtaliya, Qırğızıstan və Filippindən olan münsiflər heyəti tərəfindən təqdim olunub. MuzTv.az Azərtaca istinadən xəbər verir ki, Festivala 60 ölkədən 150 ekran əsəri qatılıb.
Qeyd edək ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.Filmin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir. Filmdə baş rolları aktyorlar Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırır.

867 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti