GÜNDƏM
Cem Yılmazın “Deli aşk”ı
06-03-2017

Türkiyəli gülüş ustası Cem Yılmazın rejissorluğunu etdiyi “Deli aşk” filmi martın 10-da tamaşaçıların ixtiyarına veriləcək.
Muztv.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor ekran əsərində psixoloq obrazını canlandırıb.
O, filmdə Ekrem obrazının eşq acısını sağaltmaq üçün özünəxas müalicə üsülları olan psixoloq Şefik Ercan rolunu oynayacaq. Ekran əsəri dondurma satan Ekremin sevdiyi qız Neşenin qəlbini qazanmağa çalışarkən başına gələn gülməli əhvalatlardan bəhs edir.
Qeyd edək ki, filmdə Emrah Kaman, Pelin Akil, Şafak Pekdemir, Toyqan Avanoğlu, Nilperi Şahinkaya, Gülhan Tekin, Cem Yılmaz və Zafer Algöz iştirak edəcəklər.
951 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Mart
6 Mart