Müğənni ifaçının borclarını ödəyəcək
Aktrisa efirdən ayrı düşəcək
Aktyor xanımına böyük məhəbbətini gizlətmədi
Snup Doqun paylaşımı böyük maraq doğurdu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qarabağ kolleksiyası” London Moda Həftəsində

03-03-2017


"Vogue” jurnalının Britaniya bölməsi bölməsinin internet səhifəsi diqqətini bu il London Moda Həftəsində təqdim olunacaq aparıcı kolleksiyalardan birinə – 25 yaşlı berlinli dizayner Leoni Mergenin “Qarabağ Kolleksiyası”na cəmləyib.

MuzTv.az “Azərtac”-a istinadən xəbər verir ki,  “Qarabağ kolleksiyası”nın ilk təqdimatı ötən ayın ortalarında Berlində “Mercedes-Benz” Moda Həftəsi çərçivəsində və daha sonra yenə də Almaniya paytaxtında “L’Oréal Professionnel” brendinin hər il keçirilən ənənəvi tədbirində reallaşıb. London Moda Həftəsi adətən beynəlxalq moda elitasının qaymaqları olan 5000-dən artıq insanı cəlb edir.

Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxalar və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksesuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.
 

1101 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti