Müğənni 6 ayda 15 kiloqram arıqladı

Müğənni Nazan Öncəl 6 ayda 15 kiloqram arıqlayaraq heyranlarını təəccübləndirib.
Muztv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Medalyon” adlı mahnısına klip çəkdirən ifaçı yeni imiciylə kamera qarşısına keçib. Çox arıqladığı diqqətdən yayınmayan ifaçı bunun sirrini də sevənləriylə bölüşüb: “Hər gün yediklərimi azaltdım. Əsas yemək olaraq qarabaşaq və “kinoa” bitkisiylə qidalanmağa başladım. Qəlyanaltını həyatımdan çıxartdım. Artıq rahat nəfəs ala bilirəm. Səhnədə rəqs edərək mahnı oxuyuram”.
Ekran əsərinə gəlincə, Nazan ölkəninn ən yaxşı klipini çəkdiryini deyib: “Klipin rejissorluğunu səs və qabiliyyətinə heyran olduğum Ufuk Şener və Buse Türkər edib. Tezliklə birlikdə gördüyümüz işlərdən xəbərdar olacaqsınız”.

Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
