“Anam iflas oldu, özünü öldürəcəyini deyirdi” - Fatimə

Rəqqasə Fatimə Fətəliyeva son illər çox dəyişdiyini deyib.
Muztv.az-ın Axşam.az- a istinadən məlumatına görə, sənətçi "Gəlin danışaq" verilişində cəsarətli rəqslərə son qoymasının səbəbini açıqlayıb:
"O Fatimə mən deyildim... Amma indi özüməm. Oriental rəqslər barədə səhifəni həyatımdan silmişəm. Övladlarıma görə unutdum. Bizim mentalitetimizə yaraşmayan rəqsdir. Hər dəfə deyirəm danışmayacam bu haqda, amma yenə danışıram. Elə bir an olur ki, dostlar, tanışlar qohumlar səndən üz çevirir. Yanında kimsə qalmır. Anam da iflas oldu, deyirdi ki, özümü öldürəcəm. Şükür edirəm ki, həmin ərəfədə Allah məni başqa yola əl atmağa qoymadı. Öz əziyyətimlə övladımı böyütdüm".
Rəqqasə ailəsindən və atasının ölümündən danışıb:
"Ailədə çox çətin durumdaydıq. Atam öləndən sonra evimizdə böyük dəyişikliklər oldu. Anam öz ixtisası üzrə işləmirdi, öz biznesi var idi. Atamdan sonra hər şeyimizi itirdik. Atam pis xəstəliyə tutuldu, bir ay ərzində dünyasını dəyişdi. Atam sağ olsaydı, sənətdə bu qədər irəliləməzdim. Ona çox bağlıydım".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
