Murad: “Bir az da biz döyülək”

Türkiyəli müğənni Murad Boz Etilərdə salondan çıxarkən görüntülənib.
Muztv.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “O Ses Türkiyə”nin çəkilişinə getdiyini deyən müğənni müxbirlərin sevgilisi Aslı Enverlə bağlı suallarını zarafatla cavablandırıb. O, Aslıyla aralarında heç bir problem olmadığını deyib:“Bu ölkədə daim qadınlar zorakılığa məruz qalır, bir az da biz döyülək”.
Kerem Bürsin və Serenay Sarıkaya cütlüyünün onun Yeniköydə yerləşən köhnə evinə köçdüyünü xatırladan jurnalistlərə cavab verən müğənni “Mən də eşitdim, xeyirli olsun, orada yaşayanda şagirdlər qapının zəngini çalıb qaçırdılar” deyib.
Dominikan Respublikasından yeni qayıdan Murad 3 kiloqram kökəldiyini deyib. İfaçı “Acun adaya elə aşçılar gətirib ki, and içirəm, belə aşçılar görməmisiniz” açıqalama verib.



Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
