GÜNDƏM
Cessika türkiyəli modelyerin hazırladığı libası geyindi
21-02-2017

Dünyaca məşhur Hollivud ulduzu Cessika Bill ötən axşam qatıldığı televiziya proqramında türkiyəli modelyer Zeynep Arçayın dizayn verdiyi bir libas geyinib.
Muztv.az-ın xarici mətbuatına istinadən məlumatına görə, modern tərzi ilə Hollivudun ən zövqlü geyinən aktrisalarından olan Cessika Bill “Jimmy Fallon” şousunda geyiminin türkiyəli modelyerə aid olduğunu qeyd edib. C.Billin yaxası valanlı və midi libası xarici moda saytlarında tərifə layiq görülüb.
Xatırladaq ki, Bill keçən il rol aldığı “The book of love” filminin qalasına Zeynep Arçayın hazırladığı yaşıl dəri libasla qatılmışdı.






716 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar
20 Yanvar