Müğənni 22 milyon manat qazandırdı
Aktyorun bəraətinə qərar verildi
"Yataqxanalarda yaşamışam..." - müğənni
Aktyor maskasız gəzərək qaydanı pozdu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Trampın 1 aylıq xərci Obamanın 1 illik xərcini keçdi

21-02-2017


ABŞ-ın prezidenti Donald Tramp və ailəsinin bir aylıq səyahət xərci, sələfi Barak Obamanın bir illik xərcini keçib.

Muztv.az-ın xarici mətbuata istinadən məlumata görə, Tramp 2012-ci ildə Obamanın xərclərini müzakirə obyektinə çevirmişdi.

Donald Trampın 20 yanvarda baş tutan andiçmə mərasimindən etibarən bu günə kimi, Floridadakı “Mar-a-Lago” adlı malikanəsinə üç ziyarəti və oğullarının iş səyahətlərinin birlikdə xərci 11.3 milyon dollar vəsait tutub. Barak Obama isə rəsmi kağızlara görə vəzifədə olduğu bir illik müddətdə ümumilikdə 12.1 milyon dollar xərcləyib.

“Trampın xərclərinin çoxu cangüdənlərə gedir”

Amerika hökümətini izləyən “Judicial Watch” qurumunun rəhbəri Tom Fitton “Vaşinqton Post” qazetinə müsahibəsində “İş görmək üçün olduqca bahalı bir yoldur. Prezidentin bunu bilməsi lazımdır. Trampı digərlərindən ayıran şey təyyarə uçurtmağın qiymətini bilməsidir. “Mar-a-Lago” malikəsinə getmək pulsuz deyil. Amerika xəzinəsinə 10 milyon dollarlıq yük gətirən səyahətlərdə Tramp üçün xərclənən pulun böyük bir hissəsini cangüdənlərə aiddir. Floridadakı “Mar-a-Lago” adlı malikanəsinin dəniz kənarında gözləyən cangüdənləri də bunun böyük bir hissəsidir.”

“Trampın oğulları üçün minlərlə dollar xərcləndi”

“Vaşinqton Post” qəzetində qeyd olunur ki, Trampın oğlu Erik Tramp Uruqvay Respublikasına ziyarətində oteldə gizli cangüdənlərə 88 min dollar vəsait xərcləyib. Dubayda “Tramp” adlı otelin açılışı zamanı da 16 min dollar cangüdənlərə pul xərclənib.
 

805 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar


















20 Yanvar