GÜNDƏM
Rejissor 6 ay azadlıqdan məhrub olunub
15-09-2023

İranda məşhur rejissor Səid Rustayi həbs edilib. Mtv.az xəbər verir ki, o, 6 ay azadlıqdan məhrub olunub. Buna səbəb isə rejissorun lentə aldığı "Leylanın qardaşları" filmi olub. Ekran işi Kann Film Festivalında nümayiş etdirildiyi üçün Səid rejim əleyhinə təbliğat aparmaq da ittiham olunub. Hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb. Xatırladaq ki, Peyman Maadi, Təranə Əlidusti və Nəvid Məhəmmədzadənin də rol aldığı "Leylanın qardaşları" filminin rejissoru Səid Rustayi ötən il Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatını qazanıb.
24 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
