GÜNDƏM
Azərbaycanda Bilik Günü qeyd olunur
15-09-2023

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. Mtv.az xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2023-2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Bu tədris ilində 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Xatırladaq ki, 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq.
26 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
