Rihannanın nişanlısının evində silah tapılıb
Heyli Biber ürəyindən əməliyyat olunub
Qızlar konsertdə dəsmala görə çəkmişdilər - foto
Aktyor 73 yaşında yenə baba olub

Facebook instagram Twitter Youtube
GÜNDƏM

MUZ TV-nin və muztv.az saytının yaranmasından 10 il ötür

11-05-2022


MUZ TV Azərbaycan televiziyasının və muztv.az saytının yaranmasından 10 il ötür. Mtv.az xəbər verir ki, Azərbaycanın ilk musiqi kanalı olan “Muz TV” 2012-ci il mayın 11-dən etibarən fəaliyyət göstərir. Azərbaycanın ilk və yeganə musiqi kanalı yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edib, musiqiylə bağlı informasiya bürosu maraqlı xəbərlər, proqramlar hazırlayıb və yayıb. “Muz TV Azərbaycan” Azərbaycanın milli musiqisi ilə yanaşı, klassik və müasir Avropa, eləcə də dünya musiqisinin müxtəlif janrlarının ən yaxşı nümunələrini tamaşaçılara təqdim etməyə nail olub. Azərbaycanda ixtisaslaşmış musiqi, əyləncəli proqramlar, müxtəlif janrda serial və filmlər nümayiş etdirən, 8 il onlayn olaraq fəaliyyət göstərən kanal ilk dəfə 2020-ci 10 may tarixində Ümummilli lider Heydər Əliyevin doğum günündə canlı yayımla izləyicilərin qarşısına keçib. Bu gün artıq MTV-nin adı həm Azərbaycanda, həm də hüdudlarımızdan kənarda hallanır. Təbii ki, bu da böyük bir uğurdur. Kanal olaraq ən ümdə vəzifəsi isə əsl və keyfiyyətli Azərbaycan musiqisinin təbliği və inkişafına təsir göstərməkdir. Ölkənin yeganə musiqi kanalı olduğuna görə də bütün musiqi camiyyəsinin fəaliyyəti demək olar ki, bu telekanaldan keçir. Bundan başqa özünəməxsus layihələrin, eksklüziv kliplərin, əyləncəli proqram və reportajlar, eləcə də ən son maqazin xəbərləri kanalın əsas prioritetidir. Hər zövqə uyğun, geniş auditoriya kütləsinə sahib olan telekanal 2 il ərzində daim yenilənib və daha uğurlu layihələrə imza atıb. Bu gün 10 yaşını qeyd edən MTV Azərbaycan kanalının rəsmi instaqram və Yutub səhifəsi də böyük izləyici tərəfindən baxılır və sevilərək izlənilir. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən yeganə musiqi televiziyası olan MUZ TV Azərbaycan kanalının yaradılmasında əsas məqsəd milli musiqi sənətini təbliğ etmək, insanın ruhunu qidalandıran musiqini ölməz mənəvi dəyər kimi çox milyonlu tamaşaçılara çatdırmaqdır. Telekanal Azərbaycan milli musiqisi ilə yanaşı, klassik və müasir Avropa, eləcə də dünya musiqisinin müxtəlif janrlarının ən yaxşı nümunələrini tamaşaçılara təqdim etməyi sahəsində ixtisaslaşan yeganə televiziya resursudu. Məqsədlərdən biri də tamaşaçıların, xüsusi ilə yeniyetmə və gənclərin musiqi zövqünün formalaşması, onların yüngül, bayağı “ musiqilərdən” uzaqlaşdırılması istiqamətində müxtəlif proqramlar hazırlamaqdır. Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramların canlı yayımları və canlı reportajlar kanalın əsas prioritetidir. Musiqiçilərin, aktyorların, sənətçilərin fərqli simalarının göründüyü televiziya ilk yayıma başladığı gündən, musiqi ilə bağlı informasiya bürosu eksklüziv xəbərlər, proqramlar hazırlayır və yayır. Azərbaycan estradasının, milli musiqisinin klassik ənənəsinin və müasir inkişafının təqdimatçısı kimi çıxış edən yeganə televiziya resursudur. MUZ TV Azərbaycan yeni musiqiçilər nəslinin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqiyə istiqamətləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsini uğurla həyata keçirən ilk kanaldır. Hər mövsüm izləyicilərinə yeni layihələr təqdim edən MUZ TV Azərbaycan bu illər ərzində yüzlərlə televizya layihəsi, reportajlar, orjinal ideyalarla tamaşaçı rəğbəti qazanıb. Hazırda kanalda 95 faiz Azərbaycan musiqisinə yer verilir. Yalnız 5 faiz xarici musiqiyə yer ayrılır ki, bu da, milli musiqinin təbliği baxımından çox əhəmiyyətlidir. Həmçinin yerli ifaçıların çəkildiyi kliplər ilk olaraq məhz bu kanalda yayımlanır. Televizya yayımıyla yanaşı, kanala məxsus muztv.az saytının mədəniyyət portal kimi fəaliyyəti də oxucuların maraq dairəsindədir. Muztv.az saytında isə gün ərzində ölkədə və dünyada baş verən ən son məlumatlar, Azərbaycan musiqisinin müxtəlif növlərinə, teatr və mədəniyyət sektoruna aid xəbərlər dərc olunur. Oxucular bu sayt vasitəsilə gündəlik 60-dan çox ən son xəbərlərlə tanış olmaq imkanı qazanırlar. Bir sözlə, MUZ TV Azərbaycan kanalı ölkədə musiqi anlamında özünü inkişaf etdirən bir kanaldır. Azərbaycanda musiqi sənətinin inkişafı üçün çalışan mədəniyyət kanalı xüsusi layihələri, özəl klipləri, filmləri və ayrı-ayrı proqramları ilə özünəməxsus tərzini ortaya qoyur, Azərbaycanın gözü olan milli müsiqinin dünyada daha da populyarlaşmasına kömək edir. Xatırladaq ki, MUZ TV Azərbaycan kanalı "AZƏRSPACE 1 Peykində və bütün kabel televiziyalarında yayımlanır. Peyk tezlikləri belədir: Fre: 11175, Fre: 11135, Pol: H, S/R: 27500, FEC: 5/6 "Musiqiyə sevgi ilə" devizini özünə fəaliyyət istiqaməti seçən MUZ TV Azərbaycan televiziya kanalının əməkdaşlarını 10 yaşı münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik! Yolunuz daim uğurlu və müvəffəqiyyətli olsun!!!

45 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May
















26 May